Makrondan Ukraynaya - “Bu silahlarla Rusiyanı vurmayın”

Makrondan Ukraynaya - “Bu silahlarla Rusiyanı vurmayın”

Parisin Kiyevə verdiyi silahlar heç vaxt Rusiya ərazisinə hücum üçün istifadə edilməməlidir.

Turkustan.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Mövcud əməliyyat çərçivəsində silahlanmağa və təlim keçməyə davam edəcəyik: heç vaxt Rusiya ərazisinə hücum etməyin, Ukrayna ərazisinin müdafiəsinə kömək edin və ordusunu dəstəkləyin”, - Fransa lideri vurğulayıb.

Bundan əvvəl Makron bildirib ki, NATO ölkələri Ukraynaya iqtisadi, humanitar və hərbi yardımı gücləndirəcək. Onun sözlərinə görə, alyans üzvləri NATO hərbi kontingentinin şərq cinahını artırmaq qərarına gəliblər. Paris də bu çərçivədə Rumıniyada yeni briqada yerləşdirəcək.    /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ