Hökumət qərar verdi: Ucuzlaşmaya gedir

Hökumət qərar verdi: Ucuzlaşmaya gedir

Quş əti və yumurta istehsalı ilə məşğul olan sahibkarların güzəştli kredit təklifi hələ həyata keçirilməyib. 

Belə ki, yaz aylarında quş əti və yumurta istehsalçıları ölkədə 6 aylıq yem ehtiyatının 2 ayının qarşılanması üçün lazım olan vəsaitin Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən güzəştli kredit şəklində ayırmasını təklif etmişdilər. Məbləğin 40 milyon manata yaxın olduğu bildirilmişdi.

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, dənli bitkilərin yığımı zamanı qiymət ucuzluğu baş verir və həmin o qiymət ucuzluğundan istifadə edib 6 aylıq yem ehtiyatını qurmaq lazımdır:

“Dövlət güzəştli kredit verir və bir il müddətində biz həmin pulu qaytarırıq. Amma burada dövlətin və sahibkarın udduğu məsələ ondan ibarətdir ki, 6 ay içində ətin qiymətinin qalxmamağı tam qarantili olur. Mövsüm dövründə sentyabr-oktyabr ayına kimi yemi yığdıqsa, yaza kimi ətin qiyməti qalxmır”.

Assosiasiyanın rəhbəri sahibkarların əslindı 190 milyon manat məbləğə ehtiyaclarının olduğunu bildirib. Sadəcə, həmin məbləğin 20-30 faizinin güzəştli kredit şəklində istədiklərini deyib.

Yenidən qurumla əlaqə saxlayıb, sahibkarların istəklərinə müsbət cavab verilib verilmədiyini öyrənməyə çalışdıq.

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli Cebhe.info-ya bildirib ki, yaxın müddətdə sahibkarlara güzəştli kreditin verilməsi gözlənilir:

“Sahibkarlar Fondu müraciətə baxıb. Mütəmadi əlaqə saxlayırıq, yəqin ki, yaxın müddətdə sahibkarlara güzəştli kredit verəcəklər. Sahibkarlar çalışırlar ki, öz daxili vəsaitləri hesabına yem ehtiyatlarını yaratsınlar. Bildiyim qədərilə məbləğ 17-18 milyon manat civarındadır”.


MANŞET XƏBƏRLƏRİ