Finlandiya: PKK-ya qarşı əlavə addımlar atacağıq!


PKK-ya qarşı əlavə addımlar atmağa hazırıq.

Turkustan.azxəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.

Nazir ölkəsinin NATO-ya üzvlük prosesi ilə bağlı üçlü memorandumdan sonra PKK-ya qarşı Türkiyə ilə əməkdaşlığa başlayacaqlarını bildirib.

"Türkiyə tərəfindən bildirilən şəxs və şəxslərlə bağlı əlavə məlumatlara baxırıq. Səlahiyyətlilərimiz arasında yaxın zamanda əməkdaşlıq qurulacaq. Hər şeyi qanunauyğun olaraq edəcəyik", - Haavisto vurğulayıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ