Bayden: Türkiyəyə F-16 satmalıyıq

Bayden: Türkiyəyə F-16 satmalıyıq

F-16 qırıcılarını Türkiyəyə satmalıyıq.

Turkustan.az-ın məlumatına görə, bunu ABŞ prezidenti Co Bayden NATO sammitinin yekununda verdiyi açıqlamada deyib.

"Türkiyəyə F-16 satmaq və modernləşdirmək lazımdır. Bunun əksi bizim maraqlarımıza uyğun deyil. Bu məsələ ilə bağlı mənim mövqeyim dəyişməyib. Konqresin təsdiqi də lazımdır, fikrimcə, buna nail ola biləcəyik", - deyə C.Bayden bildirib.

Qeyd edək ki, Türkiyə ötən ilin oktyabrında ABŞ-dan 40 ədəd F-16 qırıcısı satın alınması üçün müraciət etmişdi. ABŞ Dövlət Departamenti bu satışın dövlətin maraqlarına uyğun olduğu barədə Konqresə yazılı müraciət göndərsə də, ABŞ Konqresi bu əməliyyata hələlik razılıq verməyib. (modern.az)


MANŞET XƏBƏRLƏRİ