İsveç və Finlandiyanın NATO-ya qoşulması bu tarixdə TƏSDİQLƏNƏCƏK

İsveç və Finlandiyanın NATO-ya qoşulması bu tarixdə TƏSDİQLƏNƏCƏK

İsveç və Finlandiyanın NATO-ya qoşulması barədə protokol iyulun 5-də imzalanacaq.

Turkustan.az-ın məlumatına görə, bunu alyansın baş katibi Yens Stoltenberq deyib.

"Ötən gün NATO sammitində İsveç və Finlandiya alyansa qoşulmaları üçün rəsmi dəvət olunub. Bununla bağlı protokolun imzalanması iyulun 5-də hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə baş tutacaq", - deyə o bildirib.

Qeyd edək ki, ötən gün İsveç və Finlandiya NATO-ya dəvət olunub. Bir neçə gün əvvəl isə Türkiyə bu ölkələrin üzvlüyünə veto qoymayacağını bildirmişdi. (modern.az)


MANŞET XƏBƏRLƏRİ