Kəlbəcərdə erməni vandalizminin izləri


MEDİA Agentliyi

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Ramiz Nəcəfli

Bakı Dövlət Universiteti tarix fakültəsi,
Mənbəşünaslıq, tarixşünaslıq və metodikası kafedrasının dissertantı

[email protected]

Dağıdılmış məscidlər və restavrasiyaya məruz qalmış xristian alban məbədləri

Ermənilər tərəfindən tarixi abidələrimizin, o cümlədən dini abidələrimizin yerlə yeksan olunmasını görmək və onu həzm etmək üçün daşdan ürəyin olmalıdır. Kəlbəcərə səfərimdən əvvəl özümü təmkinli olmağa hazırlasam da, qarşılaşdığım mənzərə buna imkan vermədi. Quduzlaşmış düşmən Azərbaycan xalqına məxsus nə varsa hər şeyə qənim kəsimişdir. Allah evinə əl uzatmaq isə yalnız vəhşi tayfalara məxsus hərəkət hesab olunur. Bəli bu vəhşilər 1993-cü ildə Kəlbəcəri işğal edərkən onun yeraltı və yerüstü sərvətlərini talan etməklə kifayətlənməyib, onun məscidlərini məhv edərək xalqımızın dini hissləri ilə oynayıblar. Rayonun mərkəzində 16-17-ci əsrlərə məxsus, Başlıbel kəndində 1775-ci ilə məxsusi, Qaraxançallı kəndində 15-ci əsrə məxsus, Zar kəndində 18-ci əsrə məxsus, Çovdar-Şahkərəm kəndlərində 18-ci əsrə məxsus(Məşədi Süleymanın məscidi), Otaqlı kəndində 19-cu əsrə vəxsus məscid və bir çox ziyarətkahları dağıdaraq yerlə yeksan ediblər.

Erməni barbarları Kəlbəcərdə yerləşən xristian məbədləri üzərində saxtalaşdırma restavrasiyasını hələ sovet hakimiyyəti illərindən aparmışdılar. Saxtalaşdırma restavrasiyasına məruz qalan məbədlərdən biri Xotavəng məbədidir. Məbəd Kəlbəcər rayonunun Vəng kəndində, Tərtər çayının sol sahilində yerləşir. Kəlbəcər şəhəri ilə Xotavəng abidə kompleksi arasında məsafə təxminən 29 kilometrdir. Məbəd qədim Albaniyada xristianlığın yarandığı dövrə təsadüf edir. Abidə böyük bir kompleksdən ibarətdir. Bura bir neçə bazilika, təssərrüfat və yaşayış binaları, tövlələr və qala divarları daxildir. Abidənin tikilməsi tarixi ilə bağlı məlumatlar fərqlidir. Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin apardığı tədqiqatlar zamanı ərazidən arxeoloji tapıntılar aşkarlanmışdır. Buradakı saxsı qırıntıların daha çox erkən feodal dövrünə xas olması, bu məbədin 6-7-ci əsrə məxsus olduğundan xəbər verir. Muzeyin direktoru Ş.Əsgərov binanın yaxınlığındakı tikililərin daha qədim olduğunu düşünür. O, hesab edir ki, buradakı daha köhnə tikililər eramızın 4-cü əsrində Arşaki nəsilli albanlar tərəfindən tikilib.

No description available.

Arxeoloq Rəşid Göyüşov Xudavəng abidə kompleksinə daxil olan tikililər üzərindəki yazılar və "Alban bazilikası" adlı kilsədən bəhs edərək yazır ki, bu bazilika baş məbədin şimalında inşa edilmişdir. Abidənin üst hissəsi qalmadığından onun tarixini müəyyənləşdirmək çətindir. Bununla belə arxeoloq alim mənbələri diqqətlə təhlil edərək həmin tikinti kompleksin VIII- IX əsrə aid edildiyini söyləyir. Yazılardan məlum olur ki, XII əsrdə mətnin müəllifləri Xotavəngin yerində qədim məbədin və onun sakinlərindən söz açırlar. Doğrudan da Xotavəng kompleksi Azərbaycanda çoxtəbəqli abidələrdən biri olub, alban xristianlığını öyrənmək üçün ən mühüm obyektlərdən biridir

Dəmirçi kahasının sirri

Xotavəng abidəsi üzərində ermənilər apardığı saxtalaşdırmalardan biri də XX əsrin 50-ci illərində baş verib. 1952-ci ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndinin kənd sovetinin sədri İsmayılov Məhərrəm Qabil oğlu rəsmi məlumatla rayon rəhbərliyinə bildirmişdi ki, onun evində qonaq qalan bir erməni səhər tezdən xəbər vermədən durub Xotavəng məbədinə tərəf gedib. Qabil İsmayılov həyətindəki baltanın da götürüldüyünü bildikdə ermənidən şübhələnərək onun arxasınca məbədə yollanıb. Məbədin qarşısında daş qırıntıları ilə rastlaşan Q.İsmayılov irəlidə Arzu xatun abidəsinin üzərindəki yazılarının ermən qonağı tərəfindən məhv edildiyinin şahidi olur. Namərd düşmən "işini" qurtardıqdan sonra qaçıb getmişdir. O zaman hakimiyyət nümayəndələri bu hadisəyə əhəmiyyət verməmişdilər. Xotavəng məbədi üzərindəki yazılar və bəzəklər əsasən ağ və sarıyabənzər, yonulmuş nəhəng daşlar üzərində işlənmişdir. Bu ərazilərdə həmin daşlardan əsər-əlamət qalmadığı halda, bəs bu nəhəng və üzərində yazılar işlənilə bilən daşlar haradan gətirilmişdir? Bu suallara cavab axtaran Kəlbəcər muzeyinin direktoru Şamil Əsgərov Xotavəng abidəsinin təxminən 3 kilometrliyində, Tərətər çayının sağ sahilində Dəmirçi kahasından axtarışa başlamışdır. Müəyyən edilmişdir ki, Tərtər çayının qırağında qədim bir körpü divarlarının qalıqları vardır. Dar və qayalıq bir ərazidə körpünün nə məqsədlə tikilməsi də maraqlıydı. Tədqiaqatçı alim çətin də olsa bələdçi vasitəsi ilə Dəmirçi kahasına baxış keçirmişdir. Dayaz bir kahada(mağara) axtarış zamanı Xotavəng abidəsi üzərində işlənilən ağ və sarımtıl daşların bir neçə qırıntıları tapılmışdır. Bu daşların nəyə görə bura gətirilməsi sirlərin açılmasına yardım etmiş olardı. Odur ki, həmin dərədə axtarış davam etdirlmişdir. Dar dərənin genişləndiyi 100 metrlik məsafəsində ağ və sarımtıl rəngdə lil yığıntısı qaranlıq qalan məsələnin açılmasına işıq saçdı. Gölməçələrin qıraqlarındakı lil topası isə bərkiyərək tamam daşlaşmış və abidədəki daşların rəngini almışdır. Təkrar təcrübədən keçirmək üçün gildən əmələ gələn həmin daşlar bir neçə gün suyun içərisində saxlanılsa da, su daşları zərrə qədər də yumşaltmamışdır. Beləliklə Xotavəng məbədi üzərindəki yazı və bəzək üçün işlədilən daşların Dəmirçi kahasında yonulub hazırlanması sirri aşkarlanmışdır.

No description available.

Başqa bir saxtalaşdırma işi Basarkeçər rayonundan Kəlbəcər rayonunun Zəylik, Zar, Bəzirxana, Vəng(Hacıdünyamalılar) və digər qonşu kəndlərə alverçi adıyla ayaq açmış Ermənistan Xüsusi Xidmət orqanlarının əməkdqaşı Samvel tərəfindən olmuşdur. Samvel bu kəndlərə gətirdiyi malları öz dəyərindən qat-qat ucuz qiymətə satmaqla sadəlöhv əhalinin qılığına girərək onlarını damarını yaxşıca tutmuşdur. Beləliklə Samvel bu kəndlərdə etibar qazanmış və heç kimin ondan nə zamansa şübhələnməsi ehtimal edilməmişdir. 1988-ci ildə isə hiyləsini işə salmş, iki dəfə Zar və Zəylik kəndlərində çantasında gəzdirdiyi memar çəkici ilə daşlarda "xaç" həkk eləməyə cəhd etmişdi. Kəndin quzu otaran azyaşlı uşaqları onun bu əməllərini danışandan sonra bu iş yarımçıq qalmışdır. Zar kəndində alban məbədinin xaçı üzərində aparılan "əməliyyatlar"dan bir qədər köhnəımişin görünür Samvelin "əl işi"dir. Hazırda izlədiyimiz restavrasiyalar isə təzədir-yəni 2-3 ilin işidir

Çaykənd sovetliyinin Qasımlar(Sovet hakimiyyəti dövründə Kilsə) və Rəhimli kəndlərində(Aşağı xaç) qədim alban məbədinin divarları üzərindəki xaçlarda ermənilər restavrasiya əməliyyatı aparıblar. Məbədin içərisində də qazıntılar aparılıb. Qasımlar kəndinin şimalında hündür qayalıqlarda "Dəlik daş" deyilən böyük dairəvi sığınacaq, onun şərqində "Pir bulaq"deyilən ərazidə də, üzərində çoxlu yazılı xaç daşlar məhv edilib. Memarlıq üslubu cəhətdən Zar kəndi və Bulanıq kəndindəki kilsəyə məxsus ciddi asketik formalarla işlənmiş Aşağı xaç kilsəsi də saxtalaşdırma restavrasyasına məruz qalmışdır.

Qarabağdavə Kəlbəcər ərazisində olan xristian məbədlərlə bağlı elmi mübahisələr doğuran müxtəlif fikirlər mövcuddur. Bu da bir həqiqətdir ki, hələ VII əsrdən Albaniya ərazisində islam dininin qəbul edilməsi və yalnız Qarabağın kiçik bir parçasında xristianlığın qalması ermənilərin gələcəkdə davam etdirəcəkləri siyasətə yardım etmişdir. Amma tarix uydurmalara deyil, faktlara əsaslanır. Sovet tarixşünaslığında bu tandem rus tarixçilərinin xristian təəssübkeşliyini də üstələyən erməni sevgisi(ermənilərdən alət kimi istifadə etmə) Yuxarı Qarabağdakı abidələrlə bağlı nəinki ədalətsiz yanaşma kimi mövcuddur, tarixin ən kobud şəkildə saxtalaşdırılmasıdır.

(davamı var)


MANŞET XƏBƏRLƏRİ