İrəvandan həyasızlıq: Separatçılarla "işləyəcəklər"


Ermənistan hakimiyyəti Laçın, Zabux və Sos əhalisinin probleminin həlli üçün "qarabağ hökuməti" ilə işləyəcək.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

"Bütün bu məsələləri Qarabağdakı tərəfdaşlarımızla müzakirə edirik ki, həllini tapsın. "arsax hakimiyyəti" bu istiqamətdə işləyir. Yolun bir hissəsi və sakinlər üçün həll tapmağa hələ ilyarım vaxtımız var. Biz "arsax hakimiyyəti" ilə işləyəcəyik və həllini tapacağıq. Ermənistan hakimiyyəti mümkün problemlərə səssiz qalmayıb. İrəvan hər şeyin asan olacağına ümid etmirdi", - Qriqoryan bildirib. (axar.az)


MANŞET XƏBƏRLƏRİ