Əri ilə əlbir olub ögey anasını baltalayıb gölməçəyə atdı - Dəhşətli qətlin təfərrüatları - VİDEO

Əri ilə əlbir olub ögey anasını baltalayıb gölməçəyə atdı - Dəhşətli qətlin təfərrüatları - VİDEO

Bakı Ağır Cinayələr Məhkəməsində ögey anasını qətlə yetirməkdə təqsirləndirilən Günay Məmmədova və onun əri Həmzə Verdiyevin məhkəmə prosesi başa çatıb. 

Turkustan.az xəbər verir ki, ərlə arvad qadını çoxsaylı balta zərbələri ilə qətlə yetiriblər. 

Daha sonra onun evdən getməsi görüntüsü yaradıb, meyiti gölə atıblar. İttihama görə, 25 mart 2021- ci il tarixdən itkin düşən Binəqədi rayon sakini 42 yaşlı Baxşəliyeva Qərənfil İlyas qızının taleyinə 3 aprel 2021- ci il tarixdə aydınlıq gətirilib. Aparılan araşdırmalar zamanı itkin düşən Qərənfil Baxşəliyevanın qəsdən öldürülməsi müəyyən edilib. Şübhəli şəxs qismində zərərçəkmişin ögey qızı Günay Məmmədova və onun əri Həmzə Verdiyev saxlanılıb. Cütlük birgə yaşadıqları evdə balta ilə çoxsaylı xəsarətlər yetirərək Qərənfil Baxşəliyevanı qəsdən öldürüb, meyiti və cinayət aləti kimi istifadə edilən baltanı Qaradağ rayon ərazisindəki gölməçəyə atıblar. 

Qatillər Qərənfil Baxşəliyvanın evdən getməsi görüntüsünü yaratmaq üçün onun paltar və sənədlərini də yığaraq gölün kənarına atıblar. Bununla da Günay Məmmədova atasını inandırmağa çalışıb ki, həyat yoldaşı evdən qaçıb. Ögey ana ilə qız evi bölə bilməyib. 2021- ci ili martın 25- də düşən mübahisə sonucu olub. 

Məhkəmənin hökmü ilə Həmzə Verdiyev 19, Günay Məmmədova isə 16 il müddətinə azadlıqdan məhrum edilib.

/Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ