Davtyandan şok: Rus bazası Ermənistandan çıxır, türklər gəlir


Ermənistan hakimiyyəti sensasyon plan üzrə hərəkət edir. Bəzi mötəbər mənbələrdən aldığım məlumatlara asasən, yaxın vaxtlarda Nikol Paşinyan Rusiyanın Gümrüdəki hərbi bazasının Ermənistandan çıxarılması barədə Kremlə nota göndərəcək. Bundan sonra baş verenlər isə həqiqətən də bütün dünya üçün şok efekti yaşadacaq.

Turkustan.az xəbər verir ki, bu fikirləri "İcmal" verlişinin efirində erməni politoloq Qarnik Davtyan bildirib.

"Nikol Paşinyanın hazırda qarşısında duran əsas vəzifə Rusiyanın Gümrüdəki hərbi bazasının Ermənistandan çıxarılmasıdır. Buna nail olduqdan sonra Ermənistana NATO qüvvələrinin hərbi bazası dəvət olunacaq. NATO isə bu işi Türkiyəyə həvalə edəcək. Ankara elə Gümrünün özündə hərbi baza yerləşdirəcək", - deyə o qeyd edib. (axar.az)


MANŞET XƏBƏRLƏRİ