İntihar edən həkimin əri gömrük mayorudur - RƏSMİ


İyunun 27-də tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intihar etməsi ictimaiyyətdə geniş rezonans doğurub.

Əvvəl onun onun həyat yoldaşının psixoloji problemlər səbəbindən 10 ildir evə qapalı yaşaması deyilsə də, sonra Dövlət Gömrük Komitəsinin əməkdaşı olduğu barədə məlumatlar yayıldı.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin müdiri Natiq Axundov Modern.az-ın sorğusuna cavab olaraq, intihar edən həkimin həyat yoldaşının gömrük işçisi olduğunu təsdiqləyib.

"İntihar edən həkimin həyat yoldaşı Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. Rüfət Kəngərli sözügedən qurumda gömrük xidməti mayoru rütbəsinə sahibdir", - qurum rəsmisi bildirib.

Xatırladaq ki, 27 iyun tarixində Bakıda tanınmış həkim Xalidə Kəngərli özünü yaşadığı binanın 11-ci mərtəbəsindən ataraq həyatına son qoyub. İddialara görə, həyat yoldaşı xanımına "WhatsApp" vasitəsilə foto göndərəndən sonra həkim dərhal evə gedib. Cəmi 1 saat sonra onun intihar etdiyi məlum olub.


MANŞET XƏBƏRLƏRİ