Alimlərdən yeni virus xəbərdarlığı: Sağlamlığa ciddi təhdiddir


Alimlər donuzlardan keçən və MRSA kimi tanınan ölümcül supervirusun insanlar arasında yayıla biləcəyi barədə xəbərdarlıq ediblər.

Türküstan.azxəbər verir ki, yeni bir araşdırma, antibiotiklərlə müalicəyə müqavimət göstərən donuzlardan yaranan yeni MRSA ştamını aşkar edib. Yeni növün meydana gəlməsinin donuzçuluqda antibiotiklərin geniş istifadəsinin nəticəsi ola biləcəyi ehtimal edilir.

İCTİMAİ SAĞLAMLIĞA POTENSİAL TƏHLÜKƏ

Kembric Universitetinin tədqiqat hesabatı, insan infeksiyalarının artdığını göstərən məlumatlara əsaslanaraq, yeni növlərin ictimai sağlamlıq üçün potensial təhlükə yaratdığını vurğuladı.

Məlumatda həmçinin qeyd olunub ki, yoluxmuş şəxslərin kənd təsərrüfatı heyvanları ilə birbaşa təması olmayıb. Supervirusun yeni növü insan orqanizminə tez uyğunlaşan və antibiotiklərə qarşı müqavimətini saxlayan CC398 adlanır. Araşdırmanın təfərrüatları eLife jurnalında dərc olunub.


MANŞET XƏBƏRLƏRİ