İran agentinin buynuzu olur? – Müəllimin Xameneyi sevgisi


Təhsil eksperti Kamran Əsədov Yevlax şəhər 1 nömrəli tam orta məktəbində şaghirdlərə dini mahnı oxudan müəllimə haqda paylaşım edib.

Turkustan.az bildirir ki, həmin müəllim Nailə Babayevadır. K. Əsədovun paylaşdığı foto müəllimin sosial şəbəkə profilinin ana səhifəsidir. Görüntüdən N. Babayevanın Seyid Əli Xameneyi aşiqi olduğu aşkar görünür.

Hətta Azərbaycan vətəndaşı olan qadın müəllimə daha da irəli gedərək paylaşım edib: "Kimin üçün namus vacidirsə, onlar üçün İran da vacib olmalıdır". Bu, nə deməkdir?

Kamran Əsədov isə paylaşımına əlavə edib:

"Qaydalarda yazılır ki, müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır.

Müəllim özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir".

(yenisabah.az)


MANŞET XƏBƏRLƏRİ