Sumqayıt avtobusunda qadını çölə atan sürücü İŞDƏN ÇIXARILDI – RƏSMİ+VİDEO


Sumqayıt sərnişindaşıma avtobuslarından birində sürücü ilə sərnişin arasında baş verən insidenti əks etdirən görüntülər təqdim etmişdik.

Görüntülərdən də məlum olur ki, sürücü ilə sərrnişin arasında əlbəyaxa dava xoşagəlməz nəticə ilə sonlanır. Üzərinə edilən hücumdan və ünvanına səsləndirilən nalayiq ifadələrdən əsəbiləşən sürücü qadını avtobusdan küçəyə itələyir.

Məsələ ilə bağlı Sumqayıt nəqliyyat departamentinin əməkdaşı Elgiz Fərəcov Bizim.Media-ya açıqlamasında avtobus sürücüsü A.Kosayevin işdən kənarlaşdığını bildirib:

"Hadisə iyunun 23-də 12 saylı marşrutda baş verib. Sürücünün elə həmin gün aidiyyəti qurumda izahatı alınıb və işdən kənarlaşdırılıb".

Mübahisə zəmnində qadının yüngül xəsarətlər aldığı və vəziyyətinin normal olduğu bildirilir.


MANŞET XƏBƏRLƏRİ