Azərbaycanda koronaya yoluxma yenə ARTDI - FOTO

Azərbaycanda koronaya yoluxma yenə ARTDI - FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 793 224 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 343 nəfər müalicə olunaraq sağalıb, 9717 nəfər vəfat edib, aktiv xəstə sayı 164 nəfərdir.

Ölkədə son sutka ərzində 3174, hazırkı dövrədək isə 6 961 028 test aparılıb.


MANŞET XƏBƏRLƏRİ