Sumqayıtda sürücünün qadını döyməsi ilə bağlı Polis İdarəsindən AÇIQLAMA - VİDEO


Sumqayıtda marşrut avtobusunda sürücü ilə sərnişin arasında insident baş verib.

Turkustan.az -ınəldə etdiyi məlumata görə, hadisə bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində yaşanıb. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başından vurub. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atıb. Hadisə zamanı qadın qapıdan yola yıxılıb.

İlkin məlumata görə, hadisə sərnişinin dayanacaqdan kənarda saxlama tələbinə görə baş verib. Qadın yüngül xəsarət alıb. Hazırda vəziyyəti yaxşıdır.

DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində təhqiqat araşdırmaları aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.


MANŞET XƏBƏRLƏRİ