Bolqarıstandan Rusiyaya soyuq duş: 70 diplomatı casusluğa görə ölkədən çıxarırlar


Bolqarıstan Rusiyanın Sofiyadakı səfirliyindən casusluq ittihamı ilə 70 diplomatı ölkədən çıxarmaq qərarına gəlib. Bolqarıstanın istefa verən hökumətinin baş naziri Kiril Petkov 70 rus diplomatın "persona non-qrata" elan edildiyini açıqlayıb.

Türküstan.az xəbbər verir ki, Bolqarıstanda parlamentdən etimad səsi ala bilməyən baş nazir Kiril Petkov Nazirlər Kabinetinin istefa məktubunu Prezidentliyə təqdim edib. Ölkədə yeni kabinet axtarışları davam edərkən, Petkov Rusiya ilə Bolqarıstan arasında münasibətlərin gərginləşməsinə səbəb olacaq açıqlama verib.

"MÜNASİBƏTİMİZ RUSİYA XALQINA QARŞI DEYİL"

Hər biri xarici maraqlar lehinə işləyən 70 rus diplomatını geri göndərəcəklərini ifadə edən Petkov, "Bu insanların çoxu başqa məlumat toplama xidmətlərində çalışarkən, diplomatik zirehlərini yalnız "örtüş" kimi istifadə etdilər. Biz mövqeyimizi aydın göstərəcək.Bizim mövqeyimiz rus xalqına münasibət deyil". dedi.

Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri Bolqarıstan-Rusiya münasibətləri donma nöqtəsinə çatıb. Rusiya səfiri Eleonora Mitrofanova Bolqarıstanın Osmanlı İmperiyasından suverenlik uğrunda mübarizəsini Rusiyanın Osmanlı-Rusiya müharibəsinin bitməsi və Bolqarıstanın müstəqilliyinin 144-cü ildönümünü qeyd edən 3 Mart Milli Günündə Ukraynaya qarşı başlatdığı müharibə ilə müqayisə edib. Daha sonra Bolqarıstan Xarici İşlər Nazirliyi Mitrofanovaya persona non-qrata elan edilmiş bəzi diplomatların siyahısı olan nota təqdim edib.

ƏVVƏLCƏDƏN 10-DAN ÇOX DİPLOMAT İXRAC OLUNUB

Rusiya Federasiyasının Bolqarıstandakı güclü lobbisinə baxmayaraq, Bolqarıstan 2021-ci ildən bu yana 10-dan çox rusiyalı diplomatı ölkədə "casusluq etdiyi üçün" ölkədən çıxarıb. Baş nazir Kiril Petkov aprel ayında jurnalistlərə bildirib ki, Moskvadakı bolqar diplomatlarının sayı 10-dan aşağı düşsə də, Moskvanın Sofiyada ən azı 114 diplomatı var. Bolqarıstan mətbuatı iddia edib ki, Rusiya səfirliyindəki diplomatların sayını iki dəfə azaltması gözlənilən bu addımdan sonra iki ölkə arasında münasibətlərin iflic olacağı gözlənilir.


MANŞET XƏBƏRLƏRİ