Kök adamlar istiyə daha dözümlüdür - Endokrinoloq


Çox insanlar elə düşünür ki, piyli, artıq çəkili adamların isti havaya dözümü olmur, ürəkləri dözmür.

Turkustan.azxəbər verir ki, endokrinoloqlar əksinə, kök, artıq çəkili adamların istiyə daha dözümlü olduğunu deyir.

Endokrinoloq Mariya Koloşina bildirib ki, onların dərialtı piy təbəqəsi artıq hərarəti içəri buraxmır, bədəni yüksək havadan qoruyur.

"Kök adamların xarici bədən səthi arıq adamdan geniş sahəli olduğu üçün, tər ifrazı daha güclü və çox olur, nəticədə istilik dəri ilə buxarlanır, orqanizm daxildən daha intensiv soyuyur.

Lakin artıq piyli insanlarda termotənzimləməyə mane olan müxtəlif patologiyalar yaranır: damarların tutulması, ürək-damar problemləri, daxili piylənmə və s." /BakuPost/


MANŞET XƏBƏRLƏRİ