Boris Conson: Putin qadın olsaydı...


Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya lideri Vladimir Putinin "əgər qadın olarsa" Ukraynayla mühabribə etməyəcəyini iddia edib.

Türküstan.azxəbər verir ki, Alman ZDF kanalına danışan Conson işğalı "dəli, maço hərəkəti" adlandırıb. Daha çox qadının hakimiyyətə gəlməsi lazım olduğunu deyən Conson işğalın "aqressiv kişiliyin gözəl nümunəsi" olduğunu bildirib. "Putin qadın olsaydı, əlbəttə ki, deyil, amma olsaydı, həqiqətən də bu çılğın, maço müharibəsinə getməzdi", - Britaniyanın baş naziri deyib. "Əgər siz aqressiv kişiliyin mükəmməl nümunəsi istəyirsinizsə, onun Ukraynada etdiklərinə baxın", - Conson deyib. Baş nazir Conson bildirib ki, G7 liderləri müharibəni bitirmək üçün çox çalışırlar, lakin o, hələ bir razılaşma seçməyib. Ukraynaya silah yardımından danışan Conson qeyd edib ki, Vladimir Zelenskini danışıqlarda ən yaxşı mövqeyə qoymaq üçün Ukraynanın hərbi strategiyası dəstəklənməlidir.


MANŞET XƏBƏRLƏRİ