Komissiyanın 5 üzvü təsdiqləndi - MM

Komissiyanın 5 üzvü təsdiqləndi - MM

"Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi müzakirəyə çıxarılıb.

Turkustan.az xəbər verir ki, layihə barədə Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.

Deyib ki, komissiyanın əsasnaməsinə görə, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının 5 üzvü Milli Məclis tərəfindən müəyyən edilir:

“Milli Məclis daxilində struktur dəyişikliyi səbəbindən buna ehtiyac yaranıb. Əgər fərqli fikir yoxdursa, layihəni səsverməyə təqdim edək”.

Daha sonra qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. (publika.az)


MANŞET XƏBƏRLƏRİ