Yaxın 10 ildə ölüm riskini aşkarlayan test - Evdə özün et


Alimlər insanda erkən ölüm riskinin olub-olmadığını təyin edən test hazırlayıb.

Turkustan.azxəbər verir ki, hər bir insan evdə özü bu testdən keçə bilər.

Bir ayağınız üstdə durun, gözlərinizi yumub, qolları yana açın- əgər bu vəziyyətdə 10-15 saniyə dura bilmirsizsə, yaxın 10-15 ildə ürək-damar, beyin və s. problemlərdən erkən ölüm riski yüksəkdir.

Bu balans testidir. İnsan öz ətalətini 50 yaşa kimi saxlaya bilir, sonra bu getdikcə zəifləyir.

Alimlər hesab edir ki, məhz balans testi istənilən səbəbdən yaxın 10 ildə ölüm riskini düzgün göstərir.

Onlar bu məqsədlə 1700 kişi və qadını analiz edib. Onlar 2009-2020-ci illərdə tibbi müayinələrdən keçiblər, eləcə də 10 saniyəlik balans testi ediblər.

İştirakçılar hər ayaq üstdə 3 cəhd ediblər. Bu zaman heç nədən dəstək almaq olmaz.

Bu testdən 20% keçə bilib. 71-75 yaş arası qrupda testdən keçənlər daha az idi.

Sonrakı 7 ildə iştirakçıların 7%-i müxtəlif səbəblərdən vəfat edib. Alimlər müqayisə üçün baxıblar ki, ölənlərin içində testdən keçə bilməyənlər 17%, keçənlər isə cəmi 4% idi. Deməli, bu test sağlamlıq və ömür identikatoru kimi nəzərə alına bilər. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ