Putin qəzəblənəcək: Şəhərin ortasında rus tanklarını nümayiş etdirdilər - FOTOLAR


Ukrayna Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilən Rusiya ordusunun T-72 tankı və haubitsa Polşanın paytaxtı Varşavada nümayiş etdirilməyə başlayıb.

Rusiya prezidenti Putinin sərəncamı ilə Ukraynada başladılan hərbi əməliyyat 125-ci gününə qədəm qoyub.

Türküstan.azxəbər verir ki, Rusiya-Ukrayna müharibəsi zamanı Ukrayna Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilən Rusiya ordusuna aid T-72 tankı və haubitsa Polşanın paytaxtı Varşavanın Plac Zamkovi meydanında (Qala meydanı) nümayiş etdirilməyə başlayıb.

Polşa baş nazirinin mətbuat katibi Mixal Dvorçik və Ukrayna müdafiə nazirinin müavini Hanna Malara Rusiya döyüş gəmilərinin nümayiş olunacağı ərazinin açılışını ediblər.

"BU TANK RUS ORDUSUNUN MƏĞLUB OLA BİLƏCƏYİNƏ SÜBUTDUR"

Varşavaya sərgilənmək üçün gətirilən tank və haubitsin Rusiyanın məğlub ola biləcəyinə işarə olduğunu qeyd edən Dvorçik, "Polşada, xüsusilə Avropada bir çox dairələr deyirlər ki, rus ordusu yenilməzdir, Rusiya təhlükəlidir, Rusiya nəyin bahasına olursa olsun təhlükəlidir.Ukrayna əsgərləri tərəfindən məhv edilən bu rus maşınları qətiyyət,cəsarət və peşəkarlıqla rus ordusunu məğlub edə biləcəyinə sübutdur.Rus barbarları təkcə Ukraynanı müdafiə edən əsgərləri deyil, dinc insanları da amansızcasına öldürməkdə davam edir.Buçada da belədir., Mariupol, Severodonetsk və onlarla başqa şəhərlərdə bunu görmüşük", - deyə o bildirib.


MANŞET XƏBƏRLƏRİ