Paşinyandan Türkiyə BƏYANATI: Münasibətləri normallaşdırmaq...


Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün imkanlar gördüklərini və bundan yararlanmaq üçün hər şeyi edəcəklərini bəyan edib.

"Biz Türkiyə ilə münasibətləri normallaşdırmaq imkanlarını görürük və bu imkanlardan yararlanmaq üçün hər şeyi edəcəyik", - Paşinyan bu gün videokonfrans vasitəsilə keçirilən mətbuat konfransında deyib. ifadəsini işlədib.

Türküstan.azxəbər verir ki, digər tərəfdən, Paşinyan Türkiyə tərəfinin "Zəngəzur dəhlizi" ilə bağlı açıqlamalarının Ermənistanla Türkiyə arasında normallaşma prosesinə mane olduğunu, lakin bunun Türkiyə ilə dialoqu kəsəcəkləri demək olmadığını bəyan edib.


MANŞET XƏBƏRLƏRİ