Ukrayna ordusundan uğurlu əməliyyat - Bu ərazilər azad edildi


Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin davam edən əks-hücumlarının təzyiqi altında cənubda əsas səylərini müdafiə əməliyyatlarına yönəldiblər.

Turkustan.azxəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində bir neçə yaşayış məntəqəsini azad etdiyi bildirilib.

Rusiya qoşunları Xersonun Potemkino rayonu yaxınlığında itirilmiş mövqeləri bərpa etməyə növbəti dəfə uğursuz cəhd göstəriblər. Ukrayna ordusunun əks-həmləsi ilə qarşılaşan ruslar geri çəkilməyə məcbur olublar.

Rus qüvvələri Xerson vilayətində Ukraynanın mövqelərinə aviazərbə endirib, Dnepropetrovsk və Nikolayev vilayətlərində isə artilleriya atəşinə tutub. Bundan başqa, rus qoşunlarının Odessa ətrafına raket zərbəsi endirdiyi deyilib.

Ukrayna qüvvələri İlan adasındakı rus qruplaşmasına zərbələr endirib. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ