Siqareti tərgitməyi asanlaşdıran QİDALAR

Siqareti tərgitməyi asanlaşdıran QİDALAR

Xərçəngdən dəri xəstəliklərinə qədər bir çox sağlamlıq problemi yaradan siqaret tərkibi baxımından yaşlanmanı da sürətləndirir. Siqaretdən imtina etmək isə təkcə siniz yox, həm də ətrafınızdakı şəxslərin də sağlamlığı üçün ata biləcəyiniz ən doğru addımdır. Əgər, artıq bu qərarı vermisinizsə, o zaman bu yolda sizə yardımçı ola biləcək bir neçə tövsiyəmiz var.

Turkustan.az Modern.az-a istinadən sigareti tərgitməni asanlaşdıran, bədəndə yaranan qoxunu aradan qaldıran, eyni zamanda, sağlamlıq üçün faydalı olan qidaları təqdim edir.

Nanə

Siqareti tərgitməyə çalışan insanlar həmin dövr ərzində bol nanə istehlak etməlidirlər. Hər siqaret çəkmək istəyi yarananda bir neçə təzə nanə yarpağı çeynəyə bilərsiniz. Bundan başqa, onları gün ərzində içdiyiniz suya da əlavə etmək mümkündür.

Badımcan

Araşdırmalar göstərir ki, siqaret çəkən şəxslər badımcanı sevir. Buna səbəb tərkibində nikotinin olmasıdır. 1 kiloqram badımcanın tərkibində 1 nanoqram nikotin var. Əgər siqarətdən imtina etməyi qarşınıza məqsəd qoymusunuzsa, badımcandan hazırlanan yeməkləri istehlak etməyə üstünlük verin.

Kartof

Orta hesabla 2 kiloqram kartof qabığında 1 qutu siqaretdə olan nikotin var. Kartof yemək siqaret çəkmə vərdişindən qurtulmaqda sizə yardımçı olacaq. Onu da qeyd edək ki, kartof qaynadılanda daha çox nikotin yaranır.

Tünd şokolad

Nikotinə görə siqaret çəkənlərdə fərqli bir qoxu meydana gəlir. Bu qoxunu aradan qaldırmaq və onu tərgitməyi asanlaşdırmaq üçün tünd şokolad istehlak etmək tövsiyə olunur. Adətən siqaret çəkənlər çay və qəhvə saatlarında bir neçə siqaret çəkirlər. Tünd şokolad aşağı kalorili bir qida olduğundan çay və qəhvə ilə birlikdə istehlak edə bilərsiniz. Əgər bu tip şokolad sevmirsinizsə, onu digər bir çeşidlə də vəzləmək olar.

Süd

Siqareti tərgitmək, ağciyərləri təmizləmək, bədəni pis qoxudan arındırmaq üçün süd istehlak edə bilərsiniz. Siqaret çəkmək istəyi yarananda bir neçə qurtum süd için və 5 dəqiqə gözləyin. Bu vaxt bitəndə südün yaratdığı dadı korlamaq istəyiniz sizi siqaretdən uzaq tutacaqdır. Südə darçın, bal, qəhvə və zəncəfil əlavə edərək içə bilərsiniz.


MANŞET XƏBƏRLƏRİ