G7 liderləri Putini belə ələ saldılar

G7 liderləri Putini belə ələ saldılar

G7 Sammitində ölkə liderləri Almaniyada görüşüblər. Liderlər mətbuat qarşısında poza verərkən Rusiya prezidenti Vladimir Putinin “maço” şəklini ələ salıblar.

Türküstan.az xəbər verir ki, liderlər bazar günü Bavariyada keçirilən üç günlük G7 sammitinin ilk görüşü üçün bir araya gələrkən, İngiltərənin Baş naziri Boris Conson onların pencəklərini çıxara bilməyəcəklərini və ya daha soyunub-soyunmalarını soruşdu.

Conson həmkarlarını güldürmək üçün “Hamımız Putindən daha sərt olduğumuzu göstərməliyik” deyib.

Kanadanın baş naziri Castin Trüdo Consona cavab olaraq “yarıçılpaq minməyi” təklif edib. Avropa Komissiyasının sədri Ursula von der Leyen "Bəli. Ən yaxşısı ata minməkdir" deyə cavab verib.

G7 liderlərinin istinad etdiyi və məsxərəyə qoyduğu hadisə, Putinin ötən illərdə üstsüz mindiyi şəkillər idi.

Rusiya dövlət mediasının paylaşdığı kadrlarda Putin tez-tez üstü açıq, qızıl zəncirli at və hərbi şalvarla görüntülənib.

Mövzu ilə bağlı Rusiyadan heç bir açıqlama verilməyib.

Eltac Zülfüqaroğlu/Turküstan.az


MANŞET XƏBƏRLƏRİ