Fəzail Ağamalı "gilas qalmaqalı"na nöqtə qoydu


Bir neçə gün öncə millət vəkili Fəzail Ağamalı mətbuata açıqlamasında gilasın qiymətinin baha olmasını əsas gətirərək, kiloqramı 8-10 manat olan gilası ala bilmədiyini deyib.

Sosial şəbəkələrdə geniş müzakirə olunan mövzuya sənət adamları da münasibət bildiriblər.

Əməkdar artist Bəhram Bağırzadə onun dediklərinə iki yumoristik video ilə reaksiya verib.

Belə ki, Bağırzadə restoranda ofisianta "Bir səbət gilas gətir" sözlərini söyləyərək onu ələ salıb. Aktyor digər videosunda isə 1 gilası boşqaba qoyaraq onu saplağı ilə birgə yeyib.

"Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov da sosial şəbəkədə paylaşdığı videosu ilə mövzuya münasibət bildirib.

Belə ki, sənətçi deputat Fəzail Ağamalının "Gilas ala bilmirəm" açıqlamasını lağa qoyub.

Bununla bağlı deputat Fəzail Ağamalı Cebhe.info-ya açıqlamasında gedən müzakirələr haqqında danışmaq istəmədiyini bildirib:

"Xahiş edirəm, bu söhbətə nöqtə qoyun. Bu məsələ ilə bağlı məni narahat etməyin".


MANŞET XƏBƏRLƏRİ