Türkiyədə yüksək keyfiyyətli neft tapıldı


Türkiyənin "Turk Petrollari A.O" (TPAO) neft şirkətinə bağlı "Çukurova 1" və "Çukurova 2" adlı araşdırma sahəsində 2 illik iş nəticəsində neft tapılıb.

Turkustan.azxəbər verir ki, Adananın Ceyhan mahalının Soysalı rayonunda aşkarlanan neftin klapanlardan axması müşahidə edilib.

1350 metr dərinlikdə "Çukurova 1" tədqiqat yatağından çıxan neftin yüksək keyfiyyətdə olduğu və üzərində başqa quyuların qazıldığı bildirilir. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ