Mirziyayevin Əliyevə bu jestinin mənası... - Foto


Özbəkistan Prezidenti Şövkət Mirziyayevin İlham Əliyevi yola salarkən hava limanında etdiyi bu jestin mənası dərin hörməti, əbədi dostluğu, birlik və bərabərliyi ifadə edir.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Diplomat belə jestlərin xüsusi məna və tarixi önəm daşıdığını vurğulayıb:

" Çox yaxın və qardaş ölkələrin başçıları bir-birilərinə belə jestlər edərək öz xalqlarına və bütün dünyaya mesaj verirlər. Cənab Mirziyayev öz jesti ilə ölkəsinin hər zaman Azərbaycanla birlikdə və həmrəy olduğunu göstərir. Bu jest mahiyyət etibarilə "Teknofest Azərbaycan" festivalının sonunda ölkə başçılarının verdiyi mesajla oxşardır".

Qeyd edək ki, 21-22 iyunda Özbəkistanda rəsmi səfərdə olan İlham Əliyevi Ürgənc Beynəlxalq Hava Limanından vətənə Şövkət Mirziyayev şəxsən yola salıb. Mirziyayevin yolasalma mərasimində İlham Əliyevə etdiyi jest sosial şəbəkələrdə geniş maraq və rəğbətlə qarşılanıb.


MANŞET XƏBƏRLƏRİ