Sülh müqaviləsi barədə təklifimiz hələlik cavabsız qalır - Prezident

Sülh müqaviləsi barədə təklifimiz hələlik cavabsız qalır - Prezident

"Bu gün, əlbəttə, regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışacağıq".

Turkustan.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

"Siz bizim mövqeyimizi bilirsiniz. Bu mövqe regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib. Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq. Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək", - deyə dövlət başçısı qeyd edib. (modern.az)


MANŞET XƏBƏRLƏRİ