Prezident tapşırıq verdi - Türkiyəyə amfibiya təyyarəsi göndərilir


Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak etmək üçün qardaş ölkəyə göndərilir.

Bu barədə FHN-dən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.

Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.


MANŞET XƏBƏRLƏRİ