Koronadan sonra indi də uşaq iflici: Böyük Britaniya epidemiyaya nəzarət etməyə çalışır


Dünya koronavirus epidemiyasının kabusundan təzəcə oyanmağa başlayarkən İngiltərədə ortaya çıxan poliomielit epidemiyası qorxu yaratdı. Ölkədə 40 ilə yaxındır rast gəlinməyən xəstəlik birdən-birə ortaya çıxanda bütün gözlər peyvənd kampaniyalarına çevrilib.

Türküstan.azxəbər verir ki, Böyük Britaniya 2003-cü ildə poliomielitdən azad elan edilmişdi, sonuncu hal təxminən 40 il əvvəl 1984-cü ildə aşkar edilmişdir.

İndi ölkənin Milli Səhiyyə sistemi (NHS) İngiltərədə "milli hadisə" elan edilmiş yeni bir epidemiya ilə üzləşdiyini açıqlayıb.

Səhiyyə rəsmiləri dünən, xəstəliyin təxminən 40 ildə ilk dəfə qayıtdıqdan sonra milli bir epidemiya vəziyyəti ilə üzləşdiklərini açıqladılar.

İngiltərədə poliomielit epidemiyasının qarşısını almaq üçün mübarizədə ilk addım olaraq, virusun mənbəyi üçün axtarış başladı və NHS peyvənd olunmamış uşaqların ailələri ilə əlaqə saxladı.

Epidemiya ilk dəfə fevral ayında ortaya çıxan hadisələrlə aşkar edilmişdir.


MANŞET XƏBƏRLƏRİ