Yaşamaq üçün ən ideal şəhərlər seçildi - SİYAHI


Economist Intelligence Unit hər il hazırladığı "Ən yaşana bilən şəhərlər" siyahısının hazırkı versiyasını tamamlayaraq dərc edib. Bəzi meyarlara görə həyat keyfiyyətinin ən yüksək və ən aşağı olduğu siyahıda ilk 10-luqda Avropa, Kanada, Yaponiya və Avstraliya şəhərləri yer alıb.

Uzun illərdir reytinqin zirvəsində olan Danimarkanın paytaxtı Kopenhagen bu il ikinci, Avstriyanın paytaxtı Vyana isə birinci yerdə qərarlaşıb. Vyana yüksək sağlamlıq dəstəyi ilə birinci yerdəykən, Liviya, Nigeriya və Suriya şəhərləri siyahının sonunda yer alıb.

ƏN YAŞANILAN ŞƏHƏRLƏR

1- Vyana

2- Kopenhagen

3- Sürix

4- Kalqari

5- Vankuver

6- Cenevrə

7- Frankfurt

8- Toronto

9- Amsterdam

10 - Osaka

10. Melburn

Siyahının son 3 cərgəsində aşağıdakı şəhərlər yer alıb:

170- Tripoli

171 - Laqos

172- Şam


MANŞET XƏBƏRLƏRİ