Lavrov bu gün Azərbaycana gəlir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək.

Turkustan.az-ın məlumatına görə, nazirin Bakıya səfəri iki gün davam edəcək.

Lavrov səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Ceyhun Bayramovla görüşəcək.

Rusiya XİN-dən bildirilib ki, görüşlərdə 22 fevral 2022-ci il tarixində Moskvada imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə müzakirə olunacaq. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsi üçün səylər diqqətə çatdırılacaq. (modern.az)


MANŞET XƏBƏRLƏRİ