Ceyhun Bayramovla Çavuşoğlu arasında sülh MÜZAKİRƏSİ


İyunun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər ikitərəfli gündəliyinin aktual məsələləri, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin cari regional vəziyyəti müzakirə ediblər, bölgədə sülhün təmin edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ