DƏHŞƏTLİ HADİSƏ: Meymunlar körpə uşağı evdən qaçıraraq öldürdülər


Şərqi Afrika ölkəsi Tanzaniyada anası körpəyə süd verərkən meymunlar tərəfindən qaçırılıb. Kənd sakinlərinin səyi ilə meymunların əlindən alınan bədbəxt körpə xəstəxanada keçinib.

Türküstan.azxəbər verir ki, ölkə mətbuatının məlumatına görə, iyunun 18-də ölkənin qərbindəki Kiqoma rayonunda meymunlar kənd evinə girərək anası tərəfindən süd verilərkən qaçırıblar.

Gömbe Milli Parkının sərhədində yerləşən yaşayış massivində baş verən hadisədə kəndlilər tərəfindən meymunlardan xilas edilən körpənin xəstəxanaya aparıldığı, müdaxilələrə baxmayaraq həyatını itirdiyi açıqlanıb.

KƏNDLƏRƏ DA HÜCUM OLUNUB

Digər tərəfdən körpənin qaçırılmasının qarşısını almağa çalışan kəndlilərin də meymunların hücumuna məruz qaldığı qeyd edilib.

Tanzaniyanın 30 faizindən çoxu milli parklardan ibarətdir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ