Türkiyəyə tarixi səfər – Ərdoğanla görüşmək üçün sabah Ankaraya gəlir


Normallaşma addımları çərçivəsində münasibətlərin günbəgün yaxşılaşdığı Səudiyyə Ərəbistanından Türkiyəyə mühüm səfər reallaşacaq.

Turkustan.azxəbər verir ki, Səudiyyə Ərəbistanı taxtının vəliəhdi, şahzadə Məhəmməd bin Salman sabah Ankaraya gələcək.

Körfəz, Suriya və Liviya kimi regional məsələlərlə yanaşı, ikitərəfli münasibətlər də Ankara və Ər-Riyadın gündəmində olacaq. Eləcə də energetika, neft-kimya, texnologiya, nəqliyyat, infrastruktur, səhiyyə, maliyyə xidmətləri, qida, kənd təsərrüfatı və müdafiə sənayesi sahələrində əməkdaşlıq müzakirə ediləcək.

Şahzadə səfəri çərçivəsində Türkiyə prezidenti ilə görüşəcək.

İki ölkə arasındakı münasibətlərdə normallaşma addımları 2020-ci il noyabrın 21-də telefon danışığında Prezident Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanı kralı Salman arasında dialoq kanallarının açıq qalması ilə bağlı razılaşma ilə başlayıb. Telefon danışığından sonra İslam Əməkdaşlıq Təşkilatının Nigerdə ​​keçirilən toplantısında hər iki ölkənin xarici işlər nazirlərinin birgə bəyanatları olub.

Prezident Ərdoğan ötən ay Səudiyyə Ərəbistanına işgüzar səfər edib.

"Ərəb baharı" prosesinə qədər müsbət gündəmi olan Türkiyə-Səudiyyə münasibətləri bundan sonra hər iki ölkənin fərqli mövqeyə keçməsi ilə gərginləşib. Jurnalist Camal Qaşıqçının Səudiyyənin İstanbuldakı konsulluğunda öldürülməsindən sonra Ər-Riyadla münasibətlər dayanıb. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ