Azərbaycanda neft quyularından oğurluq edən tutuldu

Azərbaycanda neft quyularından oğurluq edən tutuldu

Hacıqabulda oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, “Şirvanoil” MMC-nin mədən ərazisində olan neft quyusundan 24 metr naqil oğurlanıb.

Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Sabirabad rayon sakini Ə.Əliyusifli saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun iyunun 14-də Ağacanlı kəndindəki mədən ərazisində olan 2 neft quyusundan da metal lövhələri oğurlaması müəyyən olunub. 


MANŞET XƏBƏRLƏRİ