"Rossiya-1"-in Qarabağdan reportajı erməniləri AYAĞA QALDIRDI - VİDEO


Rusiyanın dövlət televiziyasının Azərbaycandan reportajı erməniləri hiddətləndirib.

KONKRET.az xəbər verir ki, Rusiyanın "Rossiya-1" dövlət telekanalında Dmitri Kiselyov özünün "Vesti nedeli" verilişində Azərbaycan haqqında reportaj nümayiş etdirib.

Reportajda Bakı haqqında, Azərbaycanın sürətlə inkişafından, bu günlərdə baş tutan rus toyundan (Regina Kovalyova və Denis Quzlayev), eləcə də dağıdılmış Qarabağ və bərpa olunan Şuşadan bəhs olunur.

"Rossiya-1"-ın reportajının işğaldan azad edilmiş Qarabağdan hazırlanan hissəsi ermənilərin yuxusunu ərşə çəkib.

Jurnalist Aleksandr Buzaladze 30 ilə yaxın erməni işğalından sonra bu torpaqlarda baş verən dağıntıları və bu ərazilərin bərpası prosesini nümayiş etdirib.

Müxbir işğaldan azad edilmiş torpaqlarda tikilmiş binanın xarabalıqları arasından keçərək deyir: "Əlbəttə, Qarabağın ərazisi son 30 ildə belə xaraba vəziyyətdədir".

O qeyd edib ki, azərbaycanlılar bu torpaqlara daxil olaraq ilk növbədə yol şəbəkəsini bərpa ediblər, aeroport tikiblər və bilavasitə bu xarabalıqların yerində yeni yaşayış kompleksi tikməyi planlaşdırırlar.

Jurnalist qeyd edib ki, Füzuli Beynəlxalq Hava Limanına artıq reyslər qəbul edilir, dağ yolu bərpa olunur və gücləndirilir, təhlükəsizliyi Azərbaycan polisi təmin edir.

"Alınmaz Şuşa gəlin kimidir. Amma artıq iyun yaşıllığında apteklər açılır və hətta bərbərxana da işləyir", – deyə A.Buzaladze içəri girib bərbər salonunda kresloda əyləşib.

"Bərbər Anarın qarşısında Şuşada hər kəsi sevindirmək yaradıcılıq missiyası var. Heç düşünməmişdim ki, Şuşada buruqlarımı kəsdirəcəyəm. Anar gülümsəyir, onun daha bir xoşbəxt müştərisi var", – o deyib.

Reportajın müəllifi Şuşada davam edən və sürətlə gedən bərpa işlərinə diqqət yetirir.

Müxbir qeyd edir ki, orada artıq bankomat var, supermarket təzə məhsullarla doludur.

O, Şuşada dahi xanəndə Bülbülün ev-muzeyində də olub, onun artıq tam bərpa olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, bu xəbər Ermənistanda böyük hiddətə səbəb olub. Erməni mediası və ictimaiyyət nümayəndələri Rusiyanın müvafiq orqanlarına və telekanal rəhbərliyinə "erməni-rus münasibətlərinə xələl gətirən" vəziyyətə baxmaq xahişi ilə müraciət ediblər.

Həmin reportajı təqdim edirik:


MANŞET XƏBƏRLƏRİ