Son 30 ilin ən yüksək bahalaşması: Yağ, süd…


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatlarına əsasən ərzaq qiymətləri yüksək templə bahalaşaraq hesabatın hazırlandığı 1990-cı il taixindən bəri ən yüksək səviyyəyə çatıb.

Turkustan.azxəbər verir ki, FAO-nun məlumatına görə, 2022-ci ilin ilk rübü üzrə dünya ərzaq qiymətləri 19.1 faiz artıb. Ən çox bahalaşma isə yağ, dənli bitkilər və süd məhsulları üzrə müşahidə edilib. Geosiyasi və geoiqtisadi proseslərin qlobal təchizat zəncirində yaratmış olduğu maneələr, Rusiya və Ukraynanın qlobal buğda və bitki yağları bazarında əhəmiyyətli paya sahib olması qiymət artımında əhəmiyyətli rol oynayır.

Gübrə qiymətlərində ötən ilin mart ayına nəzərən 128 faizlik artım qeydə alınıb. İstehsalçıların bu vəziyyətə gübrədən istifadəni azaltmaqla cavab verməsi sonda məhsuldarlığın aşağa düşməsinə səbəb ola bilər.

Qeyd edək ki, sözügedən hesabat Azərbaycan Mərkəzi Bankının (AMB) "2022: Yanvar-mart" sənədində də yer alıb. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ