Azərbaycanın neft və qazdan əldə etdiyi gəlir - MƏBLƏĞ


"Bu ilin 5 ayında neft ixracından 3,8 milyard dollar, qaz ixracından 3,5 milyard dollar gəlir əldə olunub".

Turkustan.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında cari ilin büdcəsinə təklif edilən dəyişikliklər layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.

Komitə sədri qeyd edib ki, bu rəqəmlər son 12 ildə ən yüksək göstəricidir:

"Gəlir statistikasına nəzər saldıqda Azərbaycan iqtisadiyyatının inkişaf tempini aydın görmək mümkündür. Tarixdə ilk dəfə Azərbaycanın neft və qaz ixracından əldə etdiyi valyuta gəlirləri bərabərləşir".


MANŞET XƏBƏRLƏRİ