Fazlı Necip`in unudulmuş "Türk kızı" ilk dəfə latın əlifbası ilə işıq üzü gördü...


Bu günlərdə Ankara "Kurgan edebiyat" yayınlarında Ankara Hacı Bayram Veli Üniversitetinin dr. öğretim üyesi Doç.Dr. Tayfun Haykırın gayreti ve fədakar əməyi sayəsində türk romançılığının adı və yaradıcılığı kölgədə qalmış istedadlı nümayəndələrindən olan Selanikli Fazlı Necipin "Türk qızı" romanı işıq üzü görmüşdür.

Bəşir Fuadın "Viktor Hüqo" əsəri haqqında "Tərcümani-həqiqət" qəzetinə yazdığı məqaləsi ilə ədəbiyyat dünyasında imzasını təsdiqləyən Fazlı Necipin uzun zaman Bəşir Fuad və Rəcaizadə Mahmud Əkrəmlə məktublaşmaları ədəbiyyatşünaslığımızda məktub janrının dəyərli nümunələri kimi yer tutmaqdadır. Yazarın "Ah, Anne", "Tebessüm", "Haremin sultanları", "Saraylarda Mecnunlar", "Külhani Edipler" "Dilaver" ve.b. əsərlərində olduğu kimi "Türk qızı" romanında da hadisələr tarixi hadisələrin fonunda cərəyan edir. Romanın süjeti Cumhuriyyətin yeni dəyərlərini mənimsəmiş, gənc bir xanım müəllimənin yaşantıları ətrafında qurulmuşdur.

95 il öncə Fazlı Necipin şəxsi gayretləriylə "Türk hayatı" dərgisinin əlavəsi olaraq yayımlanan "Türk qızı" haqqında müxtəlif elmi məqalə və incələmələrdə bəhs olunmasına, zəngin ədəbi-estetik xüsusiyyətlərinə, hər dövrün oxucusuna xitab edəcək özəlliklərə sahib olmasına rəğmən roman 1926-cı ildəki ilkin nəşrindən sonra uzun zaman diqqətdən kənarda qalmışdır.

Dəyərli Məsləkdaşım Doç.dr. Tayfun Haykır "Türk qızı"nı ilk dəfə latın qrafikalı əlifba ilə və qeydlərlə yayına hazırlamışdır. Bu əsərlərin işıq üzü görməsi təkcə ədəbi şəxsiyyətlər adına deyil, eyni zamanda böyük bir zaman kəsimində ədəbiyyatımızı və tariximizi əks etdirməsi, özündə ehtiva etməsi baxımından da olduqca əhəmiyyətlidir.

Xatırladaq ki, Tayfun Haykır 2015-ci ildə "Cenap Şahabettin`in Beyrut, Filistin ve Nablus izlenimleri", 2018-ci ildə Prof. Dr. Şerif Aktaşın doktora dersi qeydləri əsasında "Epikten Romana", 2019-cu ildə "Matmazel Anjel – Bir Osmanlı ermenisinin romanı", 2020-ci ildə Ziya Gökalpın "Altın İşık", Halit Ziya Uşaklıgilin ""Mai ve siyah" əsərlərini yayına hazırlamışdır.

Ədəbiyyatın mənəvi-estetik dəyərlərini dərindən mənimsəyərək öz həyat qayəsinə çevirən Qiymətli dostum Sn. Doç Dr. Tayfun Haykırın bu təqdirəlayiq, fədakar hizmətlərini ürəkdən alqışlayır, böyük zəhmət hesabına ismi kölgədə qalan, unudulmaqda olan "Türk qızı" kimi önəmli bir əsəri gün işığına çıxarmasından dolayı Ona ədəbi camiamız adından dərin təşəkkürlərimi bildirir, "Türk kızı"na isə oxucusunun bol olmasını diləyirəm!

Sayğılarla: Xəyalə Zərrabqızı


MANŞET XƏBƏRLƏRİ