Hərbçimiz faciəvi şəkildə həlak oldu - FOTO


Naxçıvan Muxtar Respublikası ərazisində qulluq edən hərbçi - kapitan Nizami Vahid oğlu Yolçuzadə xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Turkustan.azModern.az-a istinadən xəbər verir ki, hərbçinin olduğu maşın onu döyüş postuna apararkən dərəyə aşıb.

Məlumata görə, hadisə mərhum hərbçinin məzuniyyətdən sonrakı ilk xidmət günündə baş verib.

Nizami Vahid oğlu Yolçuzadə əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir.


MANŞET XƏBƏRLƏRİ