Salyanda çəkilən bu video gündəm oldu - VİDEO


İki gündür sosial şəbəkələrdə ziyarətgahların birində çəkilmiş video dolaşır. Lakin həmin video ilə bağlı geniş məlumat yoxdur. Görüntülərin nə vaxt lentə alındığı da bəlli deyil.

Sadəcə görünür ki, bir qadın ortasında deşik olan daşın içərisindən kecmək istəyir. Xeyli əziyyət çəksə də buna nail ola bilmir. Anlaşılan odur ki, qadın həmin daşı pir kimi qəbul edir.

Bununla bağlı yenisabah.az kiçik araşdırma aparib. Bəlli olub ki, həmin ziyarətgah Salyan rayonunun Qaraçala qəsəbəsində, Kürovdağın yamaçında yerləşir. Vağam adlı bu ziyarət daşı "Vağam" mağarasının qarşısındadır. Üstünü iri daşlar və qaya parçaları örtmüş, hündürlüyü bir metrdən azaçıq artıq olan mağaraya daxil olmaq və içərisində hərəkət etmək üçün gərək əyilə və dizin-dizin sürünəsən.

Sosial şəbəkə istifadəciləri qadının bu hərəkətini tənqid edib, belə bir ayinin cahillil oldugunu bildiriblər.


MANŞET XƏBƏRLƏRİ