Azərbaycanda nənə xəstə nəvəsinin özünü və ata-anasını "öldürdü": "Həyətlərində iki ev və maşınları da var"


Bərdə rayonunda nənə xəstə nəvəsini bazarda diləndirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun sözlərinə görə, o, nəvəsinin Bərdədə klinikaların birində öldüyü ilə bağlı saxta informasiya verib:

"11 yaşlı uşaq sağ-salamatdır, ata və anasının yanındadır. Qadın uşağın ata-anasının rəhmətə getdiyini qeyd etsə də, sağdırlar. Nənə uşağın artıq dəfn olunduğunu da deyirdi. Yəqin, azyaşlının əməliyyatı üçün yığdığı vəsaiti də bununla unutdurmaq istəyirmiş.

Özünü yazıq biri kimi təqdim edən qadın, sadəcə, dilənçiliyi, insanları aldadaraq pul dilənməyi özünə peşə seçibmiş. Həyətlərində iki ev və maşınları da var".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı məlumatlıdırlar:

"Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır".


MANŞET XƏBƏRLƏRİ