Ukrayna parçalanır, yeni yəhudi dövləti yaradılır? – FOTOFAKT


Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dünən sosial şəbəkə hesabında qəribə fikirlər səsləndirib. O, bildirib ki, iki ildən sonra Ukrayna adlı dövlət dünya siyasi xəritəsində olmayacaq.

Bu bəyanat təsadüfən, yoxsa qəsdənmi sosial şəbəkələrdə Ukrayna ərazisində yaradılması planlaşdırılan yeni bir dövlətin xəritəsinin paylaşılmasından sonra səsləndi. Və bu arada bəzi politoloqlar belə bir fikir səsləndirdilər ki, Ukraynadakı müharibə Qərblə Rusiyanın qabaqcadan birgə hazırladıqları layihədir.

Bu və əvvəlki iddialar nə qədər rellığa söykənir bunu zaman göstərəcək. Lakin, Ukraynanın cənub hissəsində yeni dövlət yaratmaq iddiası indiki halda çox real görünür.

Yeni Yerusəlim dövləti

Bəli, Ukraynanın cənubundakı 5 vilayətin ərazisində yaradılması planlaşdırılan dövlətin adı məhz belədir. Odessa, Dnepropetrovsk, Zaporojye, Xerson və Nikolayev vilayətlərinin ərazilərində yaradılması nəzərdə tutulan ölkə ikinci yəhudi dövləti olacaq.

Bizim.Media "allll.net.wiki" sosial platformasına istinadən xəbər verir ki, layihənin hazırlanmasına 2016-cı ildən başlanılıb. Layihənin icraçı direktoru İqor Berkutdur.

Layihəyə Rusiyanın, Ukraynanın və Qərbin tanınmış ictimai xadimləri, politoloqları və analitikləri dəstək verirlər. Həmin məşhurların sırasında Vladimir Pozner, Vladimir Solovyov, Yassin Kadmi, Yevgeni Satanovski, Dmitri Qordon və digərlər yer alıblar. Layihənin icrasına 2019-cu ildə başlanılıb(Zelenskinin hakimiyyətə gəlişindən sonra).

2024-cü ildə dünyada yeni yəhudi dövləti olacaq

Mənbə xəbər verir ki, 2024-cü ildə layihənin ilkin mərhələsi başa çatacaq. Və "Yeni Yerusəlim" dövlət kimi ayaqda duracaq. Layihənin ikinci mərhələsi 2049-cu ildə, sonuncu mərhələsi isə 2060-cı ildə tamamlanacaq.

Yazılanlara inansaq 2029-cu ilin sonuna qədər təxminən 5 milyon yəhudinin "Yeni Yerusəlim"də yaşamaq üçün Ukraynaya gələcəyi gözlənilir. Layihə hazırlanarkən İsrailin keçmiş baş naziri B.Netanyahu və Ukraynanın sabiq Baş naziri V.Qroisman ilə yəhudilərin köçürülməsi və məskunlaşdırılmasının təşkili, eləcə də layihənin həyata keçirilməsində mümkün iqtisadi və siyasi yardım məsələləri ətraflı müzakirə edilib.

Həmçinin Rusiya Federasiyası keçmiş baş naziri D. Medvedev, ABŞ-ın sabiq prezidenti Donald Trampın baş müşaviri və nüfuzlu yəhudi təşkilatı Çabad Lubaviç və digər siyasətçilərin fikirləri bu layihənin hazırlanmasında xüsusi yer alıb.
Layihə barədə bütün məlumatlar onun icraçı direktoru İqor Berkutdan gəlir. İ.Berkutun layihənin gedişatını işıqlandırmaq üçün "Rassvet" YouTube kanalı açıb.

Bildirilir ki, "Yeni Yerusəlim" ideyası Volodimir Zelenskinin hakimiyyətə gəlişindən sonra aktiv fazaya keçib. Hətta bununla bağlı rəsmi açıqlama 2021-2022-ci illərdə Ukraynanın mərkəzsizləşdirilməsi haqqında qanunun qəbulundan sonra verilib.

2019-cu ilin iyul (Zelenski artıq 2 ay idi ki, prezident idi) ayında İsveçrə bankı Ukraynanın mərkəzsizləşdirilməsi layihəsinə 25 milyon avro vəsait ayırıb. Berkut dbildirib ki, bu vəsait məhz "Yeni Yerusəlim" layihəsi üçün nəzərdə tutulub.

Materialda o da qeyd olunur ki, artıq 2017-ci ilin əvvəlində ilk mühacir qrupu Odessa limanına gəlib. 183 yəhudi könüllüdən ibarət bu qrup Ukraynanın cənubundakı münbit torpaqda Səmavi Qüdsün təməlinə ilk daşı qoymaq üçün Hayfadan (İsrail) gəlib.

Yeni Yəhudi dövlətini hansı maliyyə institutları dəstəkləyir?

Mənbədə bildirilir ki, "bu layihəni dünyanın aparıcı maliyyə institutları həvəslə dəstəkləyir. Beynəlxalq Valyuta Fondundan 1 milyard, F4 fondundan 250 milyon, "Friedman, Feldman, Fishman and Firtash" və Corc Soros Fondundan isə 450 milyon dollar yardım alacağımıza ümid edirik. Layihənin iqtisadi əsaslandırılmasını isə zəmanəmizin görkəmli siması, Sinqapur "iqtisadi möcüzəsi"nin yaradıcısı Li Kuan Yu hazırlayıb".

"Yeni Yerusəlim"in idarə edilməsi 12 liderdən ibarət "Xeyirxahlar Şurası"na həvalə olunması planlaşdırıldığı verilən xəbərlər sırasındadır. Artıq bu adamlar da məlumdur. Onların arasında Rusiya, Ukrayna və İsrail vətandaşları üstünlük təşkil edir.
"Yeni Yerusəlim"də iki paytaxtın olacağı gözlənilir. Birinci əsas- siyasi və biznes paytaxtı Dnepropetrovsk şəhəri, ikinci mədəni paytaxt isə Odessa (Adessa) şəhəri nəzərdə tutulur.

Layihə barədə Bizim.Media-ya danışan tanınmış ekspert Cümşüd Nuriyev bildirib ki, "Bu yeni bir layihədir. Bu xüsusi məqsədlər üçün siyasi gediş də ola bilər.

Ola bilsin ki, bu Rusiyanı qorxutmaq üçün hazırlanan bir layihədir. Çünki, Rusiya öz qonşuluğunda güclü maliyyə və informasiya imkanlarına malik ikinci bir İsrail dövlətinin olmasını heç zaman istəməz. Amma layihə ilə tanışlıq real imkanların olmasını göstərir".


MANŞET XƏBƏRLƏRİ