CƏVAHİR TANRIVERDİ. DÜNYA, SƏNİN QONAĞINAM...


Dünya, sənin qonağınam,

Qonağına, dur yaxşı bax.

Gedənini yadda saxla,

Qalanına bir yaxşı bax.

Dərdin ilişib qaldığı,

Sevincin növbə aldığı,

Kədərin bəzək saldığı

Yanağıma bir yaxşı bax.

Gülüş içində ağlayan

Çiçəyindir yas saxlayan.

Düşməni dost tək saxlayan

Qucağına bir yaxşı bax.

Hayanmı qardaşa qardaş?

Nə yad oldun, nə də yoldaş.

Yetiminə qaldımı aş?

Ocağına bir yaxşı bax.

Dünya, sənin qonağınam...


MANŞET XƏBƏRLƏRİ