CƏVAHİR TANRIVERDİ. RƏCƏB TAYYİB ƏRDOĞAN...


TÜRK ELİNİN SULTANI

Ulu türkün nəfəsi

Rəcəb Tayyib Ərdoğan!

Haqqın kükrəyən səsi-

Rəcəb Tayyib Ərdoğan!

Türk elinin Sultanı,

Qanında mərdlik qanı.

And yerimizdir canı-

Rəcəb Tayyib Ərdoğan!

İki qitə oylağı,

Sancıbdır türk bayrağı.

Turan elin dayağı-

Rəcəb Tayyib Ərdoğan!

Sözü şeir, səsi saz,

Desin "Quran"dan avaz.

Payızı eylədin yaz,

Rəcəb Tayyib Ərdoğan!

Qanad gərdin Vətənə,

İmdadıma yetənə.

Çörək verdin ötənə,

Rəcəb Tayyib Ərdoğan!

Başımız üstdə yerin,

Gözümüz üstdə əmrin.

Tarix yazdı hünərin,

Rəcəb Tayyib Ərdoğan!

Səndə Peyğəmbər ruhu,

Nə çəkinmək, nə qorxu.

Yolunu tutdu çoxu,

Rəcəb Tayyib Ərdoğan!

Yer titrəyər səsindən,

Göy kişnər nəfəsindən.

Qərb çəkinər əzmindən,

Rəcəb Tayyib Ərdoğan!

Türkə ana ər doğar,

Göy isidər, Yer doğar.

Adın gəlcək Gün doğar,

Rəcəb Tayyib Ərdoğan!

Cəvahir Tanrıverdi 8-9 noyabr, 2020


MANŞET XƏBƏRLƏRİ