"İdeathon on agrinnovation" müsabiqəsinin qalib "Victory" komandası ilə görüş keçirilib


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Lənkəran şəhərində iyunun 2-4 arası keçirilən aqrar sahə üzrə "İdeathon on agrinnovation" müsabiqəsinin qalibi olan universitetin tələbələrindən ibarət "Victory" komandası ilə görüş təşkil olunub.

Görüşdə çıxış edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov tələbələri qalib olmaları münasibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzu edib. Rektor həmçinin, komanda üzvlərinin hər birinin mükafatlandırılacağını da diqqətə çatıdırıb.

Qeyd olununb ki, "Ideathon on agrinnovation" müsabiqəsində Azərbaycanın müxtəlif regionunda bir araya gələn gənclərdən ibarət 18 komanda meyvə-tərəvəzin yetişdirilməsi və emalı ilə bağlı iki istiqamətdə innovativ ideyalarını irəli sürüblər.

Tələbələr göstərilən diqqətə görə öz təşəkkürlərinin səsləndiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ