Nəriman Abbasov daha bir döyüşünü vaxtından əvvəl qələbə ilə başa vurub


Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Rusiyanın paytaxtı Moskvadakı "AMC Fight Nights"da yerli idmançı Marif Pirayevlə üz-üzə gəlib.

Döyüş Abbasovun qələbəsi ilə yekunlaşıb.

İlk 2 raundda aşkar üstünlüyə malik olan 28 yaşlı döyüşçü Pirayevə ardıcıl zərbələr endirib. Bu səbəbdən, rusiyalı idmançının məşqçiləri üçüncü raundu davam etdirmək istəməyib.

Beləliklə, Abbasov çempionluq kəmərini növbəti dəfə müdafiə edib. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ