Belçika Krallığının Azərbaycandakı səfiri Azərbaycan Dövlət Aqrar Unviersitetində olub


Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mişel Pitersman Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Unviersitetinə (ADAU) baş çəkib.

Qonaqla görüşən Universitetin rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərov ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri, madd-texniki bazası və ikili diplom proqramları haqqında ətraflı məlumat verib.

Bildirilib ki, ADAU dünyanın 100-dən artıq aparıcı təhsil müəssisəsi ilə əməkdaşlıq edir və dünya universitetlərinin Azərbaycan Dövlət Aqrar Unviersiteti ilə əməkdaşlığa marağı ilbəil artır.

Mişel Pitersman səmimi görüş üçün təşəkkür edərək Aqrar Universitetdə olmaqdan məmnun olduğunu diqqətə çatdırıb.

Sonra diplomat universitetin Aqronomluq fakültəsinin tədris korpusuna baş çəkib, burda müasir auditoriyalar və laboratoriyalar ilə yaxından tanış olub.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ